...

İlham Əliyev Vyetnamın Prezidentini təbrik edib

Siyasət Materials 1 Sentyabr 2011 18:53 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqanı təbrik edib
İlham Əliyev Vyetnamın Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqanı təbrik edib.

"Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Vyetnam münasibətlərinin, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı daim xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına sülh və firavanlıq arzulayıram" İlham Əliyevin təbrik məktubunda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti