...

Siyavuş Novruzov: Eks-prezidentlərin statusu dünya təcrübəsinə uyğun müəyyənləşməlidir

Siyasət Materials 10 Sentyabr 2011 12:41 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini "Eks-prezidentlərin statusu haqqında" qanunun kimə şamil olunacağına aydınlıq gətirib.
Siyavuş Novruzov: Eks-prezidentlərin statusu dünya təcrübəsinə uyğun müəyyənləşməlidir

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir T.Hacıyev/

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini "Eks-prezidentlərin statusu haqqında" qanunun kimə şamil olunacağına aydınlıq gətirib.

"Mən deməmişəm ki, "Eks-prezidentlərin statusu haqqında" qanun fəaliyyət müddətini başa vurmayan şəxslərə də şamil olunacaq. Mən demişəm ki, eks-prezidentlərin statusu dünya təcrübəsinə əsasən, kimlərə şamil edilə bilər", - bunu şənbə günü Trend-ə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, dünya təcrübəsində belə qanunlar var və orada göstərilir ki, bu qanun kimə şamil oluna bilər.

"Bu qanun yalnız seçilməklə müəyyənləşmir. Adam var ki, deputat seçilir, bir aydan sonra cinayət törədir və onun deputatlıq mandatına xitam verilir. Prezidentlərə də həmin məsələ şamil olunur", - o qeyd edib.

Novruzov deyib ki, bu qanun prezidentlik fəaliyyətini başa vuran və ya vurmayan şəxslərə şamil edilə bilər.

"İnsanın prezidentlik müddəti başa çata da bilər, çatmaya da bilər. Fəaliyyətin başa çatması və ya çatmaması meyar kimi götürülmür. Ola bilər ki, prezident bir illik fəaliyyətdən sonra xəstələnsin və vəzifələrini icra edə bilmədiyinə görə istefa versin. Amma elə şeylər var ki, onlar tamam ayrıdır", - millət vəkili bildirib.

Bundan əvvəl mətbuatda Novruzova istinadən məlumat yayılmışdı ki, "Eks-prezidentlərin statusu haqqında" qanun fəaliyyət müddətini başa vurmayan prezidentlərə də şamil olunacaq.

Xəbər lenti

Xəbər lenti