Azərbaycan Prezidenti Almaniyanın sabiq xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Almaniya Federativ Respublikasının sabiq xarici işlər naziri Yoşka Fişeri qəbul edib.
Trend-in məlumatına görə, görüşdə Azərbaycan ilə Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlər, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.