Azərbaycan, Bakı, 12 sentyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsviri"ndə dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.