...

Azərbaycan Prezidenti Çin Xalq Respublikasının Sədrini təbrik edib

Siyasət Materials 30 Sentyabr 2011 18:30 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Hu Szintaoya təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti Çin Xalq Respublikasının Sədrini təbrik edib

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Hu Szintaoya təbrik məktubu ünvanlayıb.

"Ölkənizin milli bayramı - Çin Xalq Respublikasının yaranması günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Biz Azərbaycan ilə Çin arasındakı münasibətlərə böyük əhəmiyyət veririk. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, qədim ənənələrə malik olan bu münasibətlər hazırda özünün yüksək inkişaf səviyyəsi ilə səciyyələnir.

Əminəm ki, daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, ikitərəfli qaydada əməkdaşlığımız, habelə beynəlxalq məsələlərdə qarşılıqlı dəstəyimiz Azərbaycan-Çin dostluğunun bariz ifadəsi olaraq bundan sonra da ölkələrimizin və xalqlarımızın ümdə mənafelərinə xidmət edəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Hu Szintaoya möhkəm cansağlığı, işlərində uğurlar, dost Çin xalqına sülh və rifah diləyib.

Xəbər lenti

Xəbər lenti