...

ABŞ Türkiyə və İsrailin əvvəlki münasibətləri bərpa edəcəyinə ümid edir - səfir

Siyasət Materials 8 Oktyabr 2011 14:47 (UTC +04:00)
Türkiyə və İsrail arasındakı münasibətlər uzun illər ərzində Yaxın Şərq regionunda nisbətən daha perspektivli və strateji münasibətlərdən biri olub və ABŞ ümid edir ki, bu münasibətlər yenə əvvəlki kimi olacaq.
ABŞ Türkiyə və İsrailin əvvəlki münasibətləri bərpa edəcəyinə ümid edir - səfir

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir V.Javoronkova/

Türkiyə və İsrail arasındakı münasibətlər uzun illər ərzində Yaxın Şərq regionunda nisbətən daha perspektivli və strateji münasibətlərdən biri olub və ABŞ ümid edir ki, bu münasibətlər yenə əvvəlki kimi olacaq. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza məlumat verib.

Onun sözlərinə görə, müstəqil ölkə və ABŞ-ın dostu kimi Azərbaycan, eyni zamanda İsrailin də dostudur. "Və Vaşinqton bunu dəstəkləyir", - diplomat deyib və əlavə edib ki, Azərbaycan özünü təkcə dost yox, həm də İsrailin strateji tərəfdaşı kimi göstərib.

"Mən Azərbaycan, İsrail və Türkiyə ilə üçtərəfli əməkdaşlığımızın möhkəmlənməsi üçün məndən asılı olan hər şeyi etməyə çalışıram", - Brayza deyib.

Xəbər lenti

Xəbər lenti