...

İtaliya deputatları Azərbaycana gələcəklər

Siyasət Materials 13 Oktyabr 2011 18:23 (UTC +04:00)
İtaliya Parlamentinin İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri oktyabrın 14-də Azərbaycana gələcəklər.
İtaliya deputatları Azərbaycana gələcəklər

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir M.Əliyev/

İtaliya Parlamentinin İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri oktyabrın 14-də Azərbaycana gələcəklər. Bu barədə cümə axşamı Trend-ə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Səfərin məqsədi iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaqdır.

Səfər çərçivəsində Milli Məclisdə Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun görüşü olacaq.

İtaliyalı deputatlar Fəxri xiyabanda ümummilli liderin məzarını ziyarət edəcək, bir sıra görüşlər keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti