Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı və BMT-nin Vyana ofisinin rəhbəri, BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotovu qəbul edib.
Trend-in məlumatına görə, BMT-nin Vyana ofisinin rəhbəri, Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov Bakıda "Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə" mövzusunda keçirilən beynəlxalq konfransın əhəmiyyətini qeyd etdi. O, bu tədbirdə dünyanın 42 ölkəsindən yüksək səviyyəli agentliklərin rəhbərlərinin iştirakının önəmini vurğuladı.
Dövlətimizin başçısı Bakıda "Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə" mövzusunda keçirilən beynəlxalq konfransda dünyanın müxtəlif ölkələrindən olan nümayəndələrin iştirakını konfransa olan marağın göstəricisi kimi qiymətləndirdi. Prezident İlham Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha da gücləndirilməsi üçün səyləri birləşdirməyin vacibliyini vurğuladı.
İlham Əliyev Dünya Gömrük Təşkilatının baş katibini və BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktorunu qəbul edib