...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti sammiti Bişkəkdə keçiriləcək

Siyasət Materials 21 Oktyabr 2011 12:03 (UTC +04:00)

Qazaxıstan, Almatı, 21 oktyabr /Trend, xüsusi müxbir E.Hüseynov/

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ikinci sammiti 2012-ci ildə Bişkəkdə keçiriləcək.

Trend-in xüsusi müxbirinin məlumatına görə, bu barədə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev cümə günü Almatıda birinci sammitin yekunları üzrə bildirib.

"Əminəm ki, bugünkü danışıqların nəticələri türkdilli ölkələr arasında əlaqələrin inkişafına xidmət edəcək", - Nazarbayev deyib.

Onun sözlərinə görə, hərəkətdə olan qlobal böhrana qarşı müqavimət məsələləri, o cümlədən türkdilli ölkələr arasında yük dövriyyəsinin və tranzitin inkişafı məsələləri müzakirə olunub.

Nazarbayev Türkdilli Dövlətlərin İşgüzar Şurasının yaradılmasının iqtisadi əlaqələrin gələcək inkişafına kömək edəcəyinə əmin olduğunu bildirib.

Sammitin yekunları üzrə Almatı Bəyannaməsi, eləcə də Türk Şurasının prosedur qaydaları imzalanıb. Nazarbayev deyib ki, Qazaxıstan üçün Türk Şurasının ilk sədri olmaq böyük şərəfdir.

Qazaxıstan Prezidenti bildirib ki, sammit bu günlərdə Türkiyədə baş verən terror aktlarını və hadisələri pisləyib, türk xalqına başsağlığı verib. Eləcə də sammit yaxın vaxtlarda Qırğızıstanda keçirilməsi planlaşdırılan prezident seçkilərində birlik, həmrəylik və sülh istəyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti