...

Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri xüsusi işçi qrup yaradıblar

Siyasət Materials 2 Noyabr 2011 11:08 (UTC +04:00)
Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri xüsusi işçi qrup yaradıblar. Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Türkiyənin ədliyyə naziri Sədullah Ərgin çərşənbə günü jurnalistlərə bildirib.
Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri xüsusi işçi qrup yaradıblar

Azərbaycan, Bakı, 2 noyabr / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri xüsusi işçi qrup yaradıblar. Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Türkiyənin ədliyyə naziri Sədullah Ərgin çərşənbə günü jurnalistlərə bildirib.

Onun sözlərinə görə, qurumlar arasında imzalanmış ikitərəfli müqavilələrin icrası istiqamətində çətinliklər olan bəzi məsələlər var və işçi qrup onların aradan qaldırılması istiqamətində fəaliyyət göstərəcək.

Ərgin qeyd edib ki, bu barədə razılaşma dünən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovla görüşdə əldə olunub. O qeyd edib ki, iki qurum arasında sənədləşmədə vaxt itkisi ilə üzləşilirdi və bu səbəbdən yeni işbirliyi qurmaq qərara alındı.

"Bundan sonra bu işlər daha sürətlə irəliləyəcək. Səfərin də əsas nəticəsi elə bu oldu", - nazir deyib.

Onun sözlərinə görə, Azərbaycan ədliyyə naziri ilə görüşdə həmçinin məhkumların verilməsi ilə bağlı məsələ müzakirə olundu. "Bununla bağlı işlərin daha da sürətləndirilməsi üçün xüsusi heyət yaradılıb", - Ergin deyib.

Xəbər lenti

Xəbər lenti