Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir E.Mehdiyev/
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıc Qurban bayramı münasibətilə Azәrbaycan xalqını təbrik edib. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən Trend-ə məlumat verilib.
"Müqәddәs Qurban bayramı münasibәtilә qardaş Azәrbaycan xalqına әn xoş, sәmimi arzu vә dilәklәrimi ifadә etmәkdәn mәmnunluq duyuram", - səfir qeyd edib.
Səfir mübarәk Qurban bayramı münasibətilə azәrbaycanlı bacı vә qardaşlara vә bütün Türk dünyasına cansağlığı, xoşbәxtlik, rifah, sevinc, süfrәlәrindә ruzi-bәrәkәt, iki qardaş ölkәyə sülh vә әmin-amanlıq arzulayıb.