...

Gələn ildən Azərbaycan Səhiyyə Nazirliyinin işçilərinin əməkhaqları artırılacaq

Siyasət Materials 10 Noyabr 2011 18:49 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan, qan və onun komponentlərini, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəssisələrin işçilərinin əməkhaqları barədə sərəncam imzalayıb.
Gələn ildən Azərbaycan Səhiyyə Nazirliyinin işçilərinin əməkhaqları artırılacaq

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan, qan və onun komponentlərini, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəssisələrin işçilərinin əməkhaqları barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Səhiyyə Nazirliyinin tabeliyində olan, qan və onun komponentlərini, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəssisələrin (şöbə və bölmələrin) işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2 dəfə artım əmsalı tətbiq edilsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Sərəncam 2012-ci il yanvarın 1-dən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti