...

Azərbaycanın xarici işlər naziri bir sıra rəsmi görüşlər keçirib (FOTO)

Siyasət Materials 15 Noyabr 2011 18:44 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstarı qəbul edib.
Azərbaycanın xarici işlər naziri bir sıra rəsmi görüşlər keçirib (FOTO)

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstarı qəbul edib.

Trend XİN-in mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata istinadən bildirir ki, görüş zamanı tərəflər Azərbaycan-ABŞ enerji əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib, həmçinin Xəzər regionunda gerçəkləşdirilən enerji layihələri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə qlobal enerji məsələləri, regiondakı vəziyyət barədə də fikir mübadiləsi aparılıb.

Məmmədyarov, həmçinin Mərakeş Krallığının xarici işlər üzrə dövlət katibi xanım Lətifə Axerbaşla görüş keçirib.

Görüş zamanı Axerbaş Azərbaycan tərəfini BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib və uğurlar arzulayıb.

Məmmədyarov da eyni zamanda Mərakeş rəsmisini ölkəsinin BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib və Təhlükəsizlik Şurası çərçivəsində Azərbaycanla Mərakeşin bir çox sahələrdə sıx əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib.

Görüş zamanı Məmmədyarov Mərakeşli qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə ətraflı məlumat verib.

Xəbər lenti

Xəbər lenti