...

SAM və Argentina Beynəlxalq Əlaqələr Şurası (CARİ) arasında memorandum imzalanacaq

Siyasət Materials 18 Noyabr 2011 11:42 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ilə Latın Amerikasının aparıcı "beyin mərkəzləri"ndən biri olan Argentina Beynəlxalq Əlaqələr Şurası (CARİ) arasında əməkdaşlığa dair memorandum imzalanacaq.
SAM və Argentina Beynəlxalq Əlaqələr Şurası (CARİ) arasında memorandum imzalanacaq

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ilə Latın Amerikasının aparıcı "beyin mərkəzləri"ndən biri olan Argentina Beynəlxalq Əlaqələr Şurası (CARİ) arasında əməkdaşlığa dair memorandum imzalanacaq. Trend-in məlumatına görə, bu barədə SAM-ın mətbuat xidmətindən bildirilib.

Memorandum SAM-ın direktor müavini Gülşən Paşayevanın noyabrın 21-25-də Argentinaya səfəri çərçivəsində imzalanacaq.

Sənəddə tərəflər arasında toplantıların, görüşlərin keçirilməsi, birgə araşdırmaların aparılması, müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlıq və s. məsələlər nəzərdə tutulub.

Səfər çərçivəsində Paşayeva CARİ-də "Azərbaycan regional və qlobal siyasətdə" mövzusunda keçiriləcək konfransda "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları" adlı məruzə ilə çıxış edəcək.

Tədbirdə Azərbaycanın daxili və xarici siyasəti, Cənubi Qafqazın müasir geosiyasəti, Azərbaycanın qlobal enerji təhlükəsizliyi sistemində oynadığı rol, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun regional təhlükəsizliyə təsiri və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq.

Səfər müddətində Azərbaycanın Argentinadakı səfirliyi tərəfindən dövlətimizin müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş bir sıra ictimai-mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulub ki, orada Paşayevanın iştirakı da planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti