Azərbaycan, Bakı, 24 noyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiçə təbrik məktubu ünvanlayıb.
"Bosniya və Herseqovinanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasında təşəkkül tapan dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir", - məktubda deyilir.
İlham Əliyev Jelko Komşiçə möhkəm cansağlığı, işlərində uğurlar, Bosniya və Herseqovinanın dost xalqına əmin-amanlıq və firavanlıq diləyib.