...

Azərbaycan Prezidentinə "Həştərxan şəhərinin fəxri vətəndaşı" diplomu və medalı təqdim edilib (FOTO)

Siyasət Materials 30 Noyabr 2011 18:42 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Rusiya Federasiyasının Həştərxan şəhərinin meri Sergey Bojenovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidentinə "Həştərxan şəhərinin fəxri vətəndaşı" diplomu və medalı təqdim edilib (FOTO)

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Rusiya Federasiyasının Həştərxan şəhərinin meri Sergey Bojenovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in məlumatına görə, Həştərxan şəhərinin meri Sergey Bojenov böyük nümayəndə heyəti ilə Azərbaycana növbəti dəfə səfər etməsindən məmnunluğunu bildirdi. O, Həştərxan şəhər dumasının qərarı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Həştərxan şəhərinin fəxri vətəndaşı" diplomuna layiq görüldüyünü dedi və "Həştərxan şəhərinin fəxri vətəndaşı" diplomunu və medalını dövlətimizin başçısına təqdim etdi.

Sergey Bojenov "Həştərxan şəhərinin fəxri vətəndaşı" diplomuna bu yaxınlarda Rusiya Federasiyasının Baş naziri Vladimir Putinin də layiq görüldüyünü vurğulayaraq Azərbaycan Prezidentinin və Rusiyanın Baş nazirinin rəhbərlik etdiyi şəhərin fəxri vətəndaşı olmasından qürur hissi keçirdiyini dedi.

Dövlətimizin başçısı "Həştərxan şəhərinin fəxri vətəndaşı" diplomu ilə təltif edilməsi ilə bağlı qəbul olunan qərara görə Həştərxan Şəhər Dumasına və şəhər rəhbərliyinə təşəkkürünü bildirdi. Azərbaycan ilə Rusiya Federasiyası arasında münasibətlərin, o cümlədən ölkələrimizin şəhərləri arasında əlaqələrin uğurlu inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev bu baxımdan Bakı ilə Həştərxan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğuladı.

Dövlətimizin başçısı Həştərxana səfərini və xalqımızın ümummilli lideri Heydər Əliyevə Həştərxan şəhər sakinlərinin ehtiramının əlaməti olaraq ucaldılan abidənin açılışında iştirakını xatırladı. Həştərxan şəhər təsərrüfatının və infrastrukturun yenidən qurulmasında, təhsil sahəsinin inkişaf etdirilməsində Azərbaycandan olan iş adamlarının iştirakını qeyd edən Prezident İlham Əliyev bütün bu tədbirlərin ölkələrimiz və şəhərlərimiz arasında əlaqələrin daha da yaxşılaşması işinə xidmət etdiyini vurğuladı.

Xəbər lenti

Xəbər lenti