...

Əhməd Oruc: Azərbaycanda yeni müxalifətin yaranmasına ehtiyac var

Siyasət Materials 9 Yanvar 2012 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın müxalifət partiyasının sədri hesab edir ki, bu gün Azərbaycanda yeni müxalifətin yaranmasına ehtiyac var.

"Təhlillər göstərir ki, Azərbaycan müxalifəti cəmiyyətin potensialından, maraqlarından, istəklərindən kifayət qədər istifadə edə bilməyib və bu, onu göstərir ki, Azərbaycanda yeni müxalifətə, yeni yanaşmaya etiyac var", - bazar ertəsi Trend-ə Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.

Onun sözlərinə görə, Azərbaycanda indiki müxalifət, demək olar ki, nomenklatur müxalifətdir, müxalifətdə bir növ oliqarxlar meydana gəlib.

"Ona görə də, mən əminəm ki, Azərbaycanda yeni siyasi baxışa, yeni siyasi qüvvələrə böyük ehtiyac var", - partiya sədri qeyd edib.

O, bildirb ki, bu müxalifət yenilənməlidir ki, cəmiyyət ona inansın, etibar etsin.

"Təəssüf ki, bu istiqamətdə hələki, uğurlu bir nəticə yoxdur. Hazırkı müxalifət də yeni müxalifətin yaranmasında maraqlı deyil", - Əhməd Oruc deyib.

Xəbər lenti

Xəbər lenti