...

Türkiyənin XİN rəhbəri Azərbaycana səfərə gələcək

Siyasət Materials 13 Yanvar 2012 10:33 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu yanvarda Azərbaycana səfər edəcək.
Türkiyənin XİN rəhbəri Azərbaycana səfərə gələcək

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu yanvarda Azərbaycana səfər edəcək. Bunu Türkiyə XİN-in rəsmi nümayəndəsi Səlcuq Ünal bildirib. Trend-in məlumatına görə, bu barədə Anadolu agentliyi xəbər verib.

Ünalın sözlərinə görə, Davudoğlu Azərbaycan, İran və Türkiyənin XİN rəhbərlərinin üçtərəfli görüşünün keçiriləcəyi Naxçıvana yanvarın 17-də gələcək.

Bu görüşün keçirilməsi ilə bağlı razılaşma ötən ilin noyabrında üç ölkənin nazir müavinlərinin Naxçıvandakı görüşü zamanı əldə olunub. Həmin görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil etmişdi. Görüşdə ticarət, sənaye, investisiylar, nəqliyyat, energetika, turizm və mədəniyyət məsələləri müzakirə olunmuşdu.

Xəbər lenti

Xəbər lenti