...

İlk beş saat ərzində Qazaxıstanda parlament seçkilərində seçicilərin 35.3 faizi səs verib

Siyasət Materials 15 Yanvar 2012 12:14 (UTC +04:00)
Astana vaxtı ilə saat 12:00-a olan məlumata görə, ümumi seçicilərin 35.3 faizi səsvermə bülletenlərini alıb.
İlk beş saat ərzində Qazaxıstanda parlament seçkilərində seçicilərin 35.3 faizi səs verib

Qazaxıstan, Astana, 15 yanavar /Trend, müxbir L.Podolyak/

Astana vaxtı ilə saat 12:00-a olan məlumata görə, Qazaxıstanda parlament seçkilərində ümumi seçicilərin 35.3 faizi səsvermə bülletenlərini alıb. Trend-in məlumatına görə, bu barədə MSK-nın üzvü Usen Jetenov bildirib.

"Saat 12:00-a olan məlumata görə, ümumi seçicilərdən 3,185,546 nəfəri və ya 35.3 faizi səsvermə bülletenlərini alıb", - Jetenov deyib.

Qazaxıstanda Məclisə və Məsləhətə seçkilər üzrə səsvermə bu gün Astana vaxtı ilə saat 07:00-də başlayıb və 20:00-dək davam edəcək.

Trend-in məlumatına görə, seçkilərin ilkin nəticələri artıq yanvarın 16-da məlum olacaq.
Seçkilərdə "Nur Otan" Xalq-Demokratik Partiyası, "Ədalət" Partiyası, Qazaxıstan Vətənpərvərləri Partiyası, Ümummilli Sosial-Demokrat Partiyası, "Ak Jol" Partiyası, Qazaxıstan Xalq Kommunist Partiyası, "Ayıl" Sosial-Demokrat Partiyası iştirak edir

Xəbər lenti

Xəbər lenti