...

Erik Rubin: ABŞ tezliklə Azərbaycana səfir göndərəcəyinə ümid edir

Siyasət Materials 19 Yanvar 2012 18:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir V.Javoronkova/

ABŞ üçün Azərbaycanda səfir təyin etmək çox mühümdür. Trend-in məlumatına görə, bunu ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Ümid edirik ki, tezliklə Azərbaycana yeni səfir göndəriləcək", - Rubin bildirib.

Metyu Brayza haqqında danışan Rubin qeyd edib ki, o, istedadlı diplomatdır, Azərbaycanda özünə xas olan peşəkarlıq və enerji ilə çalışıb.

"Prezident Obama onu ən münasib namizəd hesab etdiyi üçün bu təyinatı imzalayıb. Lakin ABŞ Konstitusiyasına görə, qərarı Senat verir. Brayzanın səfir postunda qalmamasına çox təəssüflənirik. Biz yeni səfirin yaxın zamanlarda təyin olunması üçün əlimizdən gələni edəcəyik", - Rubin deyib.

Prezident Barak Obama 2010-cu il dekabrın 29-da şəxsi qərarı ilə Metyu Brayzanı Azərbaycana səfir təyin edib. ABŞ Konqresi bir neçə ay ərzində erməniyönlü senatorlar Barbara Bokser və Robert Menendesin təzyiqi altında onun namizədliyinin təsdiqlənməsinə mane olub.

Dekabrın sonlarında səfir Brayza Azərbaycandakı missiyasını başa vuraraq ABŞ-a qayıdıb.

O, ABŞ səfirliyinin Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirəcəyinə ümidvar olduğunu deyib.

Rubin qeyd edib ki, 2011-ci il Azərbaycan üçün uğurlu olub. Çünki ölkə bu il həm BMT Təhlükəsizlik Şurasının üzvü seçilib, həm də "Eurovision" mahnı müsabiqəsinin qalibi olub.

O, qeyd edib ki, Azərbaycan rəsmləri ilə görüşdə Azərbaycanda həyata keçirilən islahatlara dəstək verdiyini və ölkənin inkişaf etdiyini bildirib.

"Görüşlər zamanı ötən il enerji sahəsində irəlləyişlərin əldə olunduğu vurğulanıb və biz daha böyük inkişafda maraqlı olduğumuzu bəyan etdik", - Rubin deyib.

O, əlavə edib ki, ABŞ Azərbaycan ilə əməkdaşlıq etməyə hər zaman hazırdır.

Görüşlər zamanı Rubin Azərbaycanın NATO-nun Əfqanıstandakı səylərinə dəstək verməsini yüksək qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti