...

Azərbaycan ATƏT ilə neft dağılmalarına qarşı hazırlıqla bağlı əməkdaşlığın davam etdirilməsini vacib sayır

Siyasət Materials 25 Yanvar 2012 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov çərşənbə günü ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayı qəbul edib.

Görüş zamanı nazir Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, strukturu və xarici dövlətlərin müvafiq qurumları ilə qurduğu əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib, həmçinin, FHN və ATƏT arasında neft dağılmalarına qarşı hazırlıq sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay görüşdə hər iki qurum arasında davamlı münasibətlərin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini qeyd edib.

Görüşdə FHN ilə ATƏT arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti