...

Moskvada Heydər Əliyevin abidəsi ucaldılmalıdır - SSRİ Nazirlər Sovetindəki keçmiş həmkarlar (FOTO)

Siyasət Materials 26 Yanvar 2012 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir S.Ağayeva/

Moskvada rus xalqı və Rusiyanın böyük dostu Heydər Əliyevin abidəsi ucaldılmalıdır. Trend-in məlumatına görə, bunu SSRİ Nazirlər Soveti sədrinin birinci müavininin Katibliyinin keçmiş əməkdaşları bildiriblər.

"Heydər Əliyev həmişə rus xalqının böyük dostu olub, onun xatirəsi Rusiyada yaşayır və bu ölkə qarşısında xidmətlərinə görə Heydər Əliyev abidəsinin Moskvanın mərkəzində ucaldılmasına layiqdir", - Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda mətbuat konfransında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Katibliyinin sabiq müdir müavini Vladimir Uxov deyib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Katibliyinin (1982-1987-ci illər) və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 9-cu idarəsinin keçmiş əməkdaşlarının Bakıya səfəri təşkil edilib.

Səfər Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilir. Nümayəndə heyətinə Katibliyin rəhbəri, köməkçilər, müalicə edən həkim, Heydər Əliyevin şəxsi mühafizəsinin rəhbəri və b. daxildir.

"Heydər Əliyev şəxsiyyətinin miqyası elədir ki, o, Azərbaycan sərhədlərindən kənara çıxıb və geniş beynəlxalq səslənmədə öz intellektual və insani ölçülərini əlavə edib", - Uxov qeyd edib.

"Mənə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən bu böyük şəxsiyyətlə bir neçə il ərzində işləmək səadəti nəsib olub və mən həmişə həyatının məqsədi və mənası yaratmaq olan parlaq şəxsiyyətin cazibəsi altında olmuşam", - o deyib.

Uxovun sözlərinə görə, müstəqil Azərbaycanın Prezidenti olarkən Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının sürətlə inkişaf edən iqtisadiyyatını, balanslaşdırılmış ictimai-siyasi, uzaqgörən və çoxvertikallı xarici siyasəti etibarlı əllərə verib və gələcək nəsillərə miras qoyub.

"Azərbaycan xalqının böyük lideri Heydər Əliyev görkəmli dövlət xadimi və dünya miqyaslı siyasətçi olub", - Heydər Əliyevin köməkçisi Eduard Proxorenko bildirib. Proxorenko Heydər Əliyevin öz əməkdaşları ilə yaxın münasibətlərindən danışarkən, onu xoş, diqqətcil, yüksək dərəcəli nəzakətli insan kimi xarakterizə edib.

"Heydər Əliyev insanları heç vaxt haqsız yerə danlamayıb, lakin bunu etməyə məcbur olarkən maksimum nəzakətli edib", - o qeyd edib.

"Heydər Əliyevin keçmiş SSRİ-nin siyası və iqtisadi həyatında oynadığı rolu layiqincə qiymətləndirmək çox çətindir. O, müdrik siyasətçi olmaqla, ən çətin vəziyyətlərdə konstruktiv qərar tapmağı bacarıb", - Heydər Əliyevin keçmiş köməkçisi Yuri Soloduxin bildirib.

Onun sözlərinə görə, bir çox illər ərzində Heydər Əliyevin aktiv fəaliyyəti iki xalqın ümumi tarixi ilə əlaqədar olub. "O, Rusiya və Azərbaycan arasında əməkdaşlığın əsaslarını qoyub, bizim ölkələrimiz arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə böyük şəxsi töhfə verib", - Soloduxin deyib.

Xəbər lenti

Xəbər lenti