...

Qabil Hüseynli: Müxalifət bu gün, demək olar ki, elektoratsız qalıb

Siyasət Materials 31 Yanvar 2012 13:48 (UTC +04:00)
Keçmiş Müsavat funksioneri hesab edir ki, müxalifət bu gün, demək olar ki, elektoratsız qalıb.
Qabil Hüseynli: Müxalifət bu gün, demək olar ki, elektoratsız qalıb

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir E.Mehdiyev/

Keçmiş Müsavat Partiyasının funksioneri hesab edir ki, müxalifət bu gün, demək olar ki, elektoratsız qalıb.

"Birləşmə, siyasi inteqrasiya prosesləri həmişə cəmiyyətdə müsbət tendensiyaların yaranmasını şərtləndirən amil olub. Ancaq bizim cəmiyyətdə bu prosesləri apara bilmək imkanlarına sahib olan liderlərin azlığı və yaxud yoxluğu həmişə belə təşəbbüsləri yarı yolda qoyub", - çərşənbə axşamı Trend-ə açıqlamasında Müsavat başqanının sabiq müavini, politoloq Qabil Hüseynli bildirib.

O, hesab edir ki, insanlar böyük ümidlərlə siyasi inteqrasiya proseslərinə yanaşsalar da, sonradan ciddi pəjmürdəliyə düçar olublar və nəticə etibarilə siyasi müxalifət bu gün, demək olar ki, elektoratsız qalıb.

"Yəni vəd verib, cəmiyyətdə müəyyən bir ümid yaratmağa çalışıblar, lakin sonradan siyasi ambisiyaların toqquşması üzündən, bir-birinə güzəştə getmək mədəniyyətinin yoxluğu ucbatından bu prosesi başa çatdıra bilməyiblər və beləliklədə xalqın gözündən düşüblər", - politoloq qeyd edib.

O, müxalifətin bir araya gəlməsini təsəvvür etmədiyini deyib.

"Hamı deyir ki, gəlin mənim ətrafımda birləşin və yaxud da hamı deyir ki, mənim seçdiyim siyasi xətt ən düzgün xətdir, seçdiyim praktika qələbəyə aparan praktikadır. Belə kompromissiz movqelərin ortaya qoyulması sonda nəticəyə gəlməyə imkanı vermir", - Hüseynli vurğulayıb.

Xəbər lenti

Xəbər lenti