...

Ramil Usubov Nejdət Özəllə görüşüb

Siyasət Materials 8 Fevral 2012 20:01 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 8-də ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nejdət Özəllə görüşüb.
Ramil Usubov Nejdət Özəllə görüşüb

Azərbaycan, Bakı, 8 fevral /Trend/

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 8-də ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nejdət Özəllə görüşüb.

DİN-in mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, daxili işlər naziri iki dost və qardaş ölkənin Silahlı Qüvvələri, daxili işlər orqanları, həmçinin Türkiyə Jandarm Komandanlığı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında mövcud olan strateji tərəfdaşlıq və qardaşlıq əlaqələrinin getdikcə inkişaf etdiyini xatırladıb və bu səfərin əlaqələrimizin inkişafına daha müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nejdət Özəl yeni vəzifəsində ilk səfərinin qardaş Azərbaycana olduğundan məmnunluğunu bildirib, böyük Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" sözlərini xatırladaraq, Silahlı Qüvvələrin müvafiq qurumları arasındakı faydalı iş birliyini yüksək qiymətləndirib və bu əlaqələrin inkişafı üçün əllərindən gələni bundan sonra da əsirgəməyəcəklərini qeyd edib.

Xəbər lenti

Xəbər lenti