Azərbaycan, Bakı, 21 fevral /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Mirkazım Seyidovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə və diaspor quruculuğu sahəsindəki səmərəli fəaliyyətinə görə Mirkazım Heydər oğlu Seyidov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.