...

Azərbaycanın hakim partiyası Şəhidlər Xiyabanında soyqırım qurbanlarının xatirəsinə muzey yaradılmasını təklif edir

Siyasət Materials 26 Fevral 2012 12:01 (UTC +04:00)
Azərbaycanda bütün soyqırımlarla əlaqədar kompleks muzey yaradılmalıdır. Bunu Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
Azərbaycanın hakim partiyası Şəhidlər Xiyabanında soyqırım qurbanlarının xatirəsinə muzey yaradılmasını təklif edir

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda bütün soyqırımlarla əlaqədar kompleks muzey yaradılmalıdır. Bunu Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

"1918-ci ildə Bakı şəhərində 30 mindən çox adam öldürülüb, həmçinin ötən əsrdə Qubada, Şamaxıda və digər yerlərdə soyqırımlar həyata keçirilib. Bütün bunların xatirəsinə muzey kompleksi yaradılmalıdır", - Novruzov deyib.

Millət vəkili qeyd edib ki, həmin muzey Şəhidlər Xiyabanı ərazisində yerləşməlidir.

Onun sözlərinə görə, Azərbaycana səfər edən yüksəkvəzifəli əcnəbilər protokol üzrə Şəhidlər Xiyabanını ziyarət edərkən Azərbaycan tarixinin bütün soyqırımları barədə məlumat əldə etməlidir.

Xəbər lenti

Xəbər lenti