...

Azərbaycanın yeni səfiri etimadnaməsinin surətini Tacikistan XİN rəhbərinə təqdim edib

Siyasət Materials 2 Mart 2012 18:05 (UTC +04:00)
Azərbaycanın Tacikistandakı yeni səfiri Abbasəli Həsənov etimadnaməsinin surətini Tacikistanın xarici işlər naziri Hamrohon Zarifiyə təqdim edib.
Azərbaycanın yeni səfiri etimadnaməsinin surətini Tacikistan XİN rəhbərinə təqdim edib

Azərbaycan, Bakı, 2 mart /Trend/

Azərbaycanın Tacikistandakı yeni səfiri Abbasəli Həsənov etimadnaməsinin surətini Tacikistanın xarici işlər naziri Hamrohon Zarifiyə təqdim edib. Bu barədə cümə günü Trend "CA-News"a istinadən məlumat verir.

"Tədbirdən sonra baş tutan söhbət zamanı Zarifi qarşılıqlı maraq doğuran planların həyata keçirilməsinin vacibliyini və iki ölkə arasında ticari-iqtisadi əlaqələrin geniçləndirilməsinin zərurətini qeyd edib", - həmsöhbət bildirib.

Onun sözlərinə görə, nazir hüquq-müqavilə bazasının möhkəmləndirilməsi zərurətinə, investisiyaların həcminin və qarşılıqlı ticarətin artırılması üçün mövcud imkanların istifadəsinə diqqət çəkib.

"Tacikistanın XİN rəhbəri nəqliyyat-tranzit sektorunda münasibətlərin inkişafı imkanlarını, Tacikistanın ehtiyacları üçün neftçi kadrlarının hazırlanmasını nəzərdən keçirməyi tövsiyə edib", - mənbə qeyd edib.

Azərbaycanlı diplomat öz növbəsində iki ölkə münasibətlərinin inkişafı və möhkəmləndirilməsi üçün maksimum güc sərf etməyə hazır olduğunu ifadə edib.

Xəbər lenti

Xəbər lenti