...

Azərbaycanda QHT-lərin ictimai faydalı təşkilat kimi fəaliyyət göstərməsi üçün qanun layihəsi hazırlanacaq

Siyasət Materials 3 Mart 2012 14:22 (UTC +04:00)
Azərbaycanda QHT-lərin ictimai faydalı təşkilat kimi fəaliyyət göstərməsi üçün qanun layihəsi hazırlanacaq.
Azərbaycanda QHT-lərin ictimai faydalı təşkilat kimi fəaliyyət göstərməsi üçün qanun layihəsi hazırlanacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda QHT-lərin ictimai faydalı təşkilat kimi fəaliyyət göstərməsi üçün qanun layihəsi hazırlanacaq. Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev bildirib.

"Bu ilin aprel ayından Avropa ölkələrinin bu istiqamətdə təcrübəsini öyrənmək üçün QHT Şurasının əməkdaşlarının həmin dövlətlərə səfərləri həyata keçiriləcək. Əsasən Böyük Britaniyanın təcrübəsini öyrənməyi nəzərdə tuturuq. Hazırda Macarıstanda ictimai faydalı təşkilatların müəyyənləşməsi istiqamətində müvafiq addımlar atılır. Hər bir ölkənin təcrübəsi bizim üçün maraqlıdır. Türkiyə variantı da diqqətimizdədir", - o deyib.

Quliyev həmçinin qeyd edib ki, Azərbaycanda QHT-lərin tam ixtisaslaşması prosesi başa çatmayıb.

"Bu da QHT-lərə veriləcək stimulu azaldır. İxtisaslaşma ilə bağlı proses ilin axırına qədər davam etməlidir, çünki çox çətin məsələdir. Bunu birdən-birə tətbiq edə bilmərik və ictimai təşkilatlar buna hazır olmalıdırlar", - Şura sədri deyib.

Onun sözlərinə görə, belə köklü ideya və islahatlarda narazılıqların ola biləcəyi çox təbiidir.

"Amma QHT-lərin özləri buna maraqlı olmalıdır, çünki bu, onların xeyrinədir. Müəyyən dövrdən sonra ictimai faydalı təşkilat müəyyən güzəştlər də əldə edə bilir. Onlar həm xarici, həm yerli donorlarla əlaqə yarada bilir", - Quliyev deyib.

Xəbər lenti

Xəbər lenti