Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan və İran arasında nota məsələsi xarici işlər nazirlərinin müavinləri tərəfindən müzakirə olunub və iki ölkə arasında heç bir böhran yoxdur. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami deyib.
Səfirin sözlərinə görə, nota məsələsi Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və İran XİN rəhbərinin müavini Abbas İrakçi tərəfindən müzakirə edilib. Müzakirələr zamanı İrakçi Azərbaycana dəvət olunub.
Təxminən bir aydan sonra İrakçi Azərbaycana gələcək və müzakirələr davam edəcək.