...

Hücum olacağı təqdirdə, İran ABŞ və İsrailin obyektlərinə 11 min raket buraxacaq – səfir

Siyasət Materials 10 Mart 2012 13:24 (UTC +04:00)
ABŞ və İsrail İranın nüvə obyektlərinə zərbə endirsələr, İran bu ölkələrin regiondakı bazalarına 11 minə yaxın raket buraxacaq.
Hücum olacağı təqdirdə, İran ABŞ və İsrailin obyektlərinə 11 min raket buraxacaq – səfir

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir E.Tarıverdiyeva/

ABŞ və İsrail İranın nüvə obyektlərinə zərbə endirsələr, İran bu ölkələrin regiondakı bazalarına 11 minə yaxın raket buraxacaq. Bunu Tehranın Livandakı səfiri Qəzənfər Ruknabadi bildirib. Bu barədə Trend şənbə günü "Mehr" agentliyinə istinadən məlumat verir.

"Biz hazırlaşmışıq və hazırda 11 min raket ABŞ və İsrailin obyektlərinə buraxılmağa hazırdır", - səfir deyib.

Onun sözlərinə görə, İran müdafiə mövqeyi tutub və əgər ölkəyə hücum olsa, Tehran sərt cavab verəcək.

Bir neçə gün əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, "İrana hücum nüvə silahının əldə olunmasının qarşısını almaq metodudur. Bu, qaçılmazdır, hətta qabaqcadan müəyyən edilib".

Xəbər lenti

Xəbər lenti