...

Əli Həsənov: Azərbaycan dövlətinin bütün qayğılarını öz çiyinləri üzərində daşımağa qadir gənclik formalaşıb

Siyasət Materials 12 Mart 2012 12:21 (UTC +04:00)
Azərbaycan gəncliyi həm ölkənin daxilində, həm də dünyada, sözün həqiqi mənasında, ciddi bir amilə çevrilə bilib.
Əli Həsənov: Azərbaycan dövlətinin bütün qayğılarını öz çiyinləri üzərində daşımağa qadir gənclik formalaşıb

Azərbaycan, Bakı, 12 mart / Trend müxbir M.Əliyev/

Azərbaycan gəncliyi həm ölkənin daxilində, həm də dünyada, sözün həqiqi mənasında, ciddi bir amilə çevrilə bilib. Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının açılışında Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Həsənov buna misal kimi son zamanlar "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünyanın 70-dən çox ölkəsində həyata keçirilən geniş aksiyaları göstərib.

Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyinin ilk illərində nə gənclik dövlət üçün xidmət edirdi, nə dövlət gəncliklə məşğul olurdu. Həsənov deyib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda gənclərlə bağlı siyasət formalaşdırıldı.

"Artıq XXI əsrdə Azərbaycan dövlətinin əsas ağırlıqlarına öz çiyinlərini verən gənclik formalaşıb. Azərbaycan dövlətinin bütün qayğılarını öz çiyinləri üzərində daşımağa qadir gənclik formalaşıb. İntellekti, milli vətənpərvərlik hissləri, bacarıqları, fəallıqları ilə Azərbaycan dövlətini, millətini layiqincə təmsil etmək qabiliyyətində olan gənclər formalaşıb", - o deyib.

Həsənov qeyd edib ki, gələcəkdə diaspor təşkilatlarının sıralarında cəmlənən Azərbaycan gənclərini Rusiya, Ukrayna parlamentlərində, nüfuzlu ictimai şuralarda görəcəyik və buna doğru gedilir.

Xəbər lenti

Xəbər lenti