...

Azərbaycanın müdafiə nazirinin İrana rəsmi səfəri başlayıb

Siyasət Materials 12 Mart 2012 12:55 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin başçılıq etdiyi nümayəndə heyəti bu gün səhər İrana rəsmi səfər edib.
Azərbaycanın müdafiə nazirinin İrana rəsmi səfəri başlayıb

Azərbaycan, Bakı, 12 mart / Trend müxbir T.Cəfərov/

Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin başçılıq etdiyi nümayəndə heyəti bu gün səhər İrana rəsmi səfər edib. Trend-in məlumatına görə, bu barədə İran Müdafiə Nazirliyinin rəsmi saytı məlumat verir.

Məlumata əsasən, Əbiyev Tehranda İran İslam inqilabının banisi İmam Xumeyninin qəbrini ziyarət edib.

Səfər zamanı Azərbaycanın müdafiə naziri iranlı həmkarı Əhməd Vəhidi və İranın digər rəsmiləri ilə görüşlər keçirəcək. Görüşlərdə tərəflər regional təhlükəsizlik məsələlərini və iki ölkə arasında hərbi-texniki əməkdaşlığı müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti