...

Ramil Usubov: Azərbaycanın Daxili Qoşunları daxili sabitliyin təmin olunmasında əzmkarlıq nümayiş etdirir

Siyasət Materials 12 Mart 2012 18:20 (UTC +04:00)
Daxili Qoşunlar daxili sabitliyin və əmin-amanlığın təmin olunmasında əzmkarlıq nümayiş etdirir.
Ramil Usubov: Azərbaycanın Daxili Qoşunları daxili sabitliyin təmin olunmasında əzmkarlıq nümayiş etdirir

Azərbaycan, Bakı, 12 mart /Trend/

Daxili Qoşunlar daxili sabitliyin və əmin-amanlığın təmin olunmasında əzmkarlıq nümayiş etdirir. Bunu Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasının 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib.

DİN-in mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Daxili Qoşunların qısa zamanda böyük inkişaf yolu keçdiyini bildirən Ramil Usubov müstəqilliyimizlə yaşıd olan bu qurumun torpaqlarımızın qorunmasında fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdiyini, yüzlərlə şəhid verdiyini, Azərbaycan xalqına, dövlətçiliyinə xidmətin Daxili Qoşunların fəaliyyətində daim aparıcı istiqamət olduğunu və sonrakı illərdə respublikamızda daxili sabitliyin və əmin-amanlığın təmin olunmasında əzmkarlıq nümayiş etdirdiyini, DQ-nin yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığa malik mobil bir quruma çevrildiyini qeyd edib.

Usubov Daxili Qoşunların hərbi qulluqçularının qarşıya qoyulan vəzifələrin öhdəsindən ümumən uğurla gəldiyini diqqətə çatdırıb.

Nazir xidmətdə fərqlənmiş hərbi qulluqçulara medallar, bir qrup əməkdaşa isə rütbə və mükafatları təqdim edib.

Tədbirdə daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov da çıxış edib.

Təntənəli mərasimin sonunda tədbir iştirakçıları adından Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.

Xəbər lenti

Xəbər lenti