...

Rəsmi Bakı bir daha bəyan edib ki, Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayacaq

Siyasət Materials 29 Mart 2012 11:42 (UTC +04:00)
Azərbaycan dövlətinin ərazisindən İrana, Türkiyəyə, Rusiyaya və Gürcüstana qarşı heç vaxt istifadə olunmayıb, olunmur və olunmayacaq.
Rəsmi Bakı bir daha bəyan edib ki, Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayacaq

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan dövlətinin ərazisindən İrana, Türkiyəyə, Rusiyaya və Gürcüstana qarşı heç vaxt istifadə olunmayıb, olunmur və olunmayacaq. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Həsənov İsrailin Azərbaycan ərazisindən İrana qarşı istifadə etməsini ayrı-ayrı dairələrin həyata keçirdiyi spekulyasiyalar adlandıraraq, məqsədin ara qarışdırmaq olduğunu bildirib.

"İstər ayrı-ayrı müxalifət dairələri, istər onlara məxsus KİV, istərsə də hansısa beynəlxalq qurumlar və onlara məxsus mətbuat İran ətrafında olan mövcud vəziyyətdən istifadə edərək Azərbaycanla İranı bir-birinə qarşı qoymaq, iki dövlət arasında münasibətləri pozmaq, düşmən vəziyyətə gətirmək istəyirlər. Bu məsələdə marağı olan ölkələr və dairələr var. Bu marağı olan ölkələrə və dairələrə birmənalı şəkildə bildiririk ki, onların niyyəti baş tutmayacaq. Azərbaycanla, Ermənistan istisna olmaqla, İran və digər qonşu dövlətlərlə münsibətləri korlamaq heç kimə nəsib olmayacaq", - PA rəsmisi əlavə edib.

Xəbər lenti

Xəbər lenti