Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan ilə Macarıstan Azərbaycan arasında gənclər siyasəti sahəsində gələcək əlaqələrin prespektivləri müzakirə olunub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, Budapeştdə səfərdə olan gənclər və idman naziri Azad Rəhimov bu ölkənin Sosial siyasət, ailə və gənclər üzrə baş katibi Mikoloş Şolteslə görüş keçirib.
Görüş əsnasında informasiya mübadiləsi aparılıb və gənclər siyasəti sahəsində gələcək əlaqələrin inkişafı müzakirə edilib.
Hər iki ölkə arasında gənclər sahəsində sazişin daha tez işlənib hazırlanması və imzalanması ilə bağlı qərar verilib.
Görüşdə Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, təhsil naziri Misir Mərdanov, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Polşadakı səfir Həsən Həsənov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iştirak ediblər.
Azərbaycan ilə Macarıstan arasında gənclər siyasəti sahəsində gələcək əlaqələrin inkişafı müzakirə olunub
Azərbaycan ilə Macarıstan Azərbaycan arasında gənclər siyasəti sahəsində gələcək əlaqələrin prespektivləri müzakirə olunub.
