...

Kiyevdə GUAM-ın Fövqəladə hallar üzrə İşçi Qrupunun iclası keçirilib

Siyasət Materials 11 Aprel 2012 14:55 (UTC +04:00)
Kiyevdə GUAM Katibliyində Fövqəladə hallar üzrə İşçi Qrupun (FHİQ) 7-ci iclası keçirilib. Trend-in məlumatına görə, bu barədə təşkilatın məlumatında deyilir.
Kiyevdə GUAM-ın Fövqəladə hallar üzrə İşçi Qrupunun iclası keçirilib

Azərbaycan, Bakı, 11 aprel / Trend, müxbir S.Ağayeva /

Kiyevdə GUAM Katibliyində Fövqəladə hallar üzrə İşçi Qrupun (FHİQ) 7-ci iclası keçirilib. Trend-in məlumatına görə, bu barədə təşkilatın məlumatında deyilir.

Tərəflər milli və beynəlxalq təlimlərin keçirilməsi haqqında informasiya materiallarını müzakirə ediblər, başqa ölkələrdə fövqəladə vəziyyətlərin aradan qaldırılmasında iştirakla bağlı fikir mübadiləsi aparıblar, həmçinin insanların kütləvi şəkildə toplaşdıqları tədbirlərin keçirilməsinə hazırlıq məsələlərini müzakirə ediblər.

FHİQ GUAM-ın terrorizm, mütəşəkkil cinayətkarlıq və narkotiklərin yayılması ilə mübarizə üzrə İşçi Qrupunun terror təhlükələrinin aradan qaldırılması və onların mümkün nəticələrinin qarşısının alınması kontekstində, həmçinin kimyəvi, bakterioloji və nüvə (radioloji) terrorizmə əks təsir sahəsində təklifini, eləcə də GUAM çərçivəsində fövqəladə vəziyyətlərə münasibət göstərməyə mümkün qarşılıqlı təsir haqqında əməkdaşlıq təşəbbüsünü dəstəkləyib.

Təbii və texnogen xarakterli fövqəladə halların yaranması haqqında informasiyanın mübadiləsi Reqlamentinin yerinə yetirilməsi məsələləri müzakirə olunub.

Nümayəndə heyətləri fövqəladə vəziyyətlərin qarşısının alınması və reaksiya verilməsi zamanı operativ qarşılıqlı təsirin yaxşılaşdırılması məqsədi ilə milli dövlət orqanlarının arasında birbaşa əlaqə kanallarından istifadə olunmasına tərəfdar olduqlarını bildiriblər.

İclasın yekunları üzrə Protokol imzalanıb.

FHİQ-nin növbəti iclasının 2012-ci ilin noyabrında Kiyevdə keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti