...

Gəncə və Sumqayıt şəhərlərində yenidənqurma və abadlıq işlərinə maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 11 Aprel 2012 18:38 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Gəncə və Sumqayıt şəhərlərində yenidənqurma və abadlıq işlərinə maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin davam etdirilməsi üçün Gəncə şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılsın.

Dövlət başçısı, həmçinin, Sumqayıt şəhərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin davam etdirilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamlarda nəzərdə tutulmuş məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti