...

"ATƏT-Azərbaycan: prioritetlər və əsas fəaliyyət sahələri" mövzusunda tədbir keçirilib

Siyasət Materials 24 Aprel 2012 18:05 (UTC +04:00)
ATƏT-in Bakı ofisi və Azərbaycan Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə "ATƏT Azərbaycan: prioritetlər və əsas fəaliyyət sahələri" mövzusunda "dəyirmi masa" keçirilib.
"ATƏT-Azərbaycan: prioritetlər və əsas fəaliyyət sahələri" mövzusunda tədbir keçirilib

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir E.Mehdiyev/

Bu gün ATƏT-in Bakı ofisi və Azərbaycan Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə "ATƏT-Azərbaycan: prioritetlər və əsas fəaliyyət sahələri" mövzusunda "dəyirmi masa" keçirilib.

Trend-in məlumatına görə, tədbirin məqsədi Azərbaycanın akademik dairələrini ATƏT-in və qurumun Bakı ofisinin fəaliyyəti haqqında məlumatlandırmaq və bu mövzuda fikir mübadiləsi aparmaqdır.

Tədbirdə ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay ATƏT-in Bakı ofisinin fəaliyyəti barədə iştirakçılara məlumat verib.

O bildirib ki, ofis Azərbaycan hökuməti, eləcə də siyasi partiyalar, KİV və vətəndaş cəmiyyətinin digər təmsilçiləri ilə əməkdaşlıq edərək ATƏT prinsipləri və öhdəliklərini təşviq edir.

"Hesab edirik ki, bu işdə akademik təşkilatların da rolu əvəzsizdir. Bu baxımdan belə tədbirləri bundan sonra da davam etdirmək niyyətindəyik", - səfir deyib.

Tarqay il ərzində Azərbaycanda 80-dən artıq layihə gerçəkləşdirdiklərini və bu layihələrin qanunun aliliyi, insan haqları, demokratiya və s. sahələri əhatə etdiyini vurğulayıb.

Sonra ATƏT-in Bakı ofisinin siyasi-hərbi şöbəsinin təmsilçisi Təranə Bağırova, iqtisadiyyat və ətraf mühit şöbəsinin nümayəndəsi Laura Kondemi, qanunun aliliyi şöbəsinin rəhbəri Nikolas Deç təşkilatın Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verib.

Daha sonra səfir tələbələri maraqlandıran suallara cavab verib.

Xəbər lenti

Xəbər lenti