...

İlham Əliyev Bakının İnşaatçılar prospektində salınan yeni istirahət parkı ilə tanış olub (FOTO)

Siyasət Materials 9 May 2012 16:03 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Bakının Yasamal rayonu ərazisindəki İnşaatçılar prospektində salınan yeni istirahət parkı ilə tanış olub.
İlham Əliyev Bakının İnşaatçılar prospektində salınan yeni istirahət parkı ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 9 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Bakının Yasamal rayonu ərazisindəki İnşaatçılar prospektində salınan yeni istirahət parkı ilə tanış olub.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, parkın yerləşdiyi ərazi uzun müddət baxımsız qalıb. Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, bu ərazidə xüsusi layihə əsasında dörd ay ərzində müasir səviyyədə yeni park salınıb. Parkın ərazi 3,5 min kvadratmetrdir. Yaşıllaşdırılan ərazidə avtomatik suvarma sistemi quraşdırılıb. Parkın işıqlandırma sistemi ən müasir standartlar səviyyəsində qurulub. Parkda uşaqların əylənmələri üçün hər cür şərait yaradılıb. Ən müasir standartlar səviyyəsində qurulan park paytaxtın sakinlərinin və qonaqlarının sevimli istirahət mərkəzlərindən biri olacaq.

Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev tövsiyə və tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti