Azərbaycan, Bakı, 16 may /Trend/
Kanadada səfərdə olan Azərbaycan Milli Məclisinin deputatları Asəf Hacıyev və Mübariz Qurbanlı Ottavada bir sıra görüşlər keçiriblər.
Azərbaycanın Kanadadakı səfirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, millət vəkilləri xarici işlər nazirinin parlament katibi, Mühafizəkarlar Partiyasından olan deputat Dipak Obray, Kanada parlamentinin üzvü, Kanada Liberallar Partiyasının müdafiə məsələləri üzrə tənqidçisi Con Makkey və millət vəkili Deril Kremp ilə görüşlər keçiriblər.
Azərbaycanlı millət vəkilləri, həmçinin, Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, Kanada parlamentinin hakim Mühafizəkarlar Partiyasından olan üzvü Barri Devolin və Dostluq Qrupunun digər üzvlərinin iştirakı ilə işçi nahar keçiriblər.
Görüş və nahar zamanı Azərbaycan-Kanada parlamentlərarası münasibətləri və inkişaf perspektivləri müzakirə edilib.