...

XİN: Azərbaycan Suriyadan vətəndaşlarını hələ təxliyə etmək niyyətində deyil

Siyasət Materials 21 İyun 2012 14:29 (UTC +04:00)
Azərbaycan Suriyada müvəqqəti yaşayan vətəndaşlarını hələ təxliyyə etmək niyyətində deyil. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev bildirib.
XİN: Azərbaycan Suriyadan vətəndaşlarını hələ təxliyə etmək niyyətində deyil

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Suriyada müvəqqəti yaşayan vətəndaşlarını hələ təxliyyə etmək niyyətində deyil. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın Suriyadakı səfirliyinin məlumatına görə, Azərbaycan vətəndaşlarının bu ölkədə olması təhlükəli deyil.

Hazırda səfirliyin konsulluq qeydiyyatında dini tədris müəssisələrində təhsil alan təqribən 30 tələbə var. Bu ölkədə müvəqqəti işləyən Azərbaycan vətəndaşları artıq Vətənə qayıdıblar, çünki onların müqavilə müddəti başa çatıb.

Azərbaycan XİN Suriyadakı vəziyyətlə əlaqədar səfirlik vasitəsilə bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarını dəfələrlə olduqca ehtiyatlı olmağa çağırıb. Səfirlik onlarla əlaqə saxlayır.

Xəbər lenti

Xəbər lenti