...

ICAPP-ın Baş Assambleyasının Daimi Komitəsinin növbəti iclası Bakıda keçiriləcək

Siyasət Materials 21 İyun 2012 15:18 (UTC +04:00)
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assambleyasının Daimi Komitəsinin növbəti iclası iyunun 22-23-ü Bakıda keçiriləcək.
ICAPP-ın Baş Assambleyasının Daimi Komitəsinin növbəti iclası Bakıda keçiriləcək

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir E.Mehdiyev/

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assambleyasının Daimi Komitəsinin növbəti iclası iyunun 22-23-ü Bakıda keçiriləcək.

Trend Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına istinadən xəbər verir ki, YAP-ın təmsil olunduğu Daimi Komitənin növbəti iclası Baş Assambleyaya hazırlıq məqsədilə keçirilir.

Asiya qitəsinin 17 ölkəsindən 49 nümayəndənin iştirak edəcəyi iclasda Baş Assambleyanın keçirilməsi ilə bağlı görüləcək işlər və onun gündəliyinə çıxarılacaq məsələlər müzakirə olunaraq təsdiq ediləcək.

Ölkəmizə gələn qonaqların Azərbaycanın görməli yerləri, habelə mədəni-memarlıq və tarixi abidələri ilə tanışlığı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti