...

TÜRKPA bu il BMT Baş Assambleyasında müşahidəçi statusu almaq niyyətindədir

Siyasət Materials 22 İyun 2012 13:27 (UTC +04:00)
TÜRKPA bu il BMT-nin 66-cı sessiyasında BMT Baş Assambleyasında müşahidəçi statusu almaq məsələsini qaldıracaq və səsverməyə təqdim edəcək.
TÜRKPA bu il BMT Baş Assambleyasında müşahidəçi statusu almaq niyyətindədir

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir M.Əliyev/

TÜRKPA bu il BMT-nin 66-cı sessiyasında BMT Baş Assambleyasında müşahidəçi statusu almaq məsələsini qaldıracaq və səsverməyə təqdim edəcək. Trend-in məlumatına görə, bunu Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Ramil Həsənov cümə günü keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, BMT Baş Assambleyasında müşahidəçi statusu almaq qurumun beynəxalq fəaliyyətində mühüm rol oynayacaq.

TÜRKPA Qırğızıstan və Türkiyə parlamentləri arasında mübadilə proqramı həyata keçirib və bu proqramın uğurla həyata keçirilməsi TÜRKPA-nın üzv dövlətləri arasında parlamentlərarası əlaqələrin artmasına səbəb olacaq.

Həsənovun sözlərinə görə, TÜRKPA, həmçinin Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası ilə əməkdaşlıq barədə saziş imzalamaq niyyətindədir.

TÜRKPA-nın bu ilin 6 aylıq hesabatını verən Həsənov qeyd edib ki, ötən dövrdə qurumun beynəlxalq əməkdaşlığı genişlənib.

"Bu müddət ərzində ATƏT PA-nın, MDB PA-nın, Avropa Xarici İşlər Nazirləri Şurasının, İslam Əməkdaşlıq Təşkilatı PA-nın, Avropa Parlamentinin və digər beynəlxalq qurumların həlledici tədbirlərində və layihələrində yaxından iştirak etmişik. Eyni zamanda, onlar da bizim layihələrdə yaxından iştirak ediblər", - Həsənov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti