...

Gürcüstanda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 94-cü ildönümü qeyd edilib

Siyasət Materials 23 İyun 2012 13:25 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin (SQ) yaradılmasının 94-cü ildönümü münasibətilə Tbilisidə təntənəli mərasim keçirilib.
Gürcüstanda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 94-cü ildönümü qeyd edilib

Gürcüstan, Tbilisi, 23 iyun /Trend,müxbir N.Kirsxaliya/

Azərbaycan Silahlı Qüvvələrinin (SQ) yaradılmasının 94-cü ildönümü münasibətilə Tbilisidə təntənəli mərasim keçirilib.

Azərbaycanın Gürcüstandakı səfirliyindən şənbə günü Trend-ə verilən məlumata görə, mərasim Heydər Əliyevin abidəsinin önünə əklil və gül dəstələrinin qoyulması ilə başlayıb.

Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, səfirliyin bu ölkədəki hərbi attaşesi, general-mayor Elbrus Orucov, Gürcüstanda akkreditə olunmuş diplomatik korpusların, Azərbaycan və Gürcüstan ictimaiyyətinin nümayəndələri və sahibkarlar iştirak ediblər.

Orucov qeyd edib ki, erməni təcavüzü və Azərbaycan torpaqlarına qarşı iddia Azərbaycanı daimi hərbi hazırlıq vəziyyətində olmağa vadar edir. Azərbaycan sülhsevər ölkədir, lakin təcavüzkar ölkə başa düşməlidir ki, biz heç kəsə 1 qarış torpaq da verməyəcəyik və lazım gələrsə, torpaqları hərbi yolla azad edəcəyik.

Hərbi attaşe Azərbaycan Milli Ordusunun yaradılmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini xatırladıb və əlavə edib ki, Heydər Əliyevin ötən əsrin 90-cı illərində qayıdışı Azərbaycanı vətəndaş qarşıdurmasından xilas etdi, onun rəhbərliyi dövründə ordu ölkənin ərazi bütövlüyü uğrunda hərbi fəaliyyətlərə tam hazırlıqlı struktura çevrildi.

Xəbər lenti

Xəbər lenti