...

Saakaşvili Bakıya səfərini yarımçıq qoydu

Siyasət Materials 29 İyun 2012 16:18 (UTC +04:00)
Gürcüstan Prezidenti ölkənin qərbindəki Sameqrelo regionunda baş vermiş daşqınlarla əlaqədar Azərbaycana səfərini yarımçıq qoyub.
Saakaşvili Bakıya səfərini yarımçıq qoydu

Gürcüstan, Tbilisi, 29 iyun /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti ölkənin qərbindəki Sameqrelo regionunda baş vermiş daşqınlarla əlaqədar Azərbaycana səfərini yarımçıq qoyub. Trend-in məlumatına görə, bu barədə cümə günü Mixail Saakaşvilinin sosial şəbəkədəki səhifəsində bildirilir.

Gürcüstan Prezidenti Brüsseldən Bakıya gəlib və Prezident İlham Əliyevlə görüşdükdən sonra Tbilisiyə qayıdıb.

Sameqreloda çayların öz məcrasından çıxması nəticəsində bir neçə kəndi su basıb, bir neçə min abonentin enerji təchizatı kəsilib, yollar dağılıb, körpüləri su aparıb, bəzi kəndlərdə topraq sürüşməsi nəticəsində evlər zədələnib. Əhalinin bir hissəsi fəlakət zonasından təxliyyə olunub, xilasetmə xidmətləri səfərbər edilib.

İlkin məlumatlara görə, tüğyan edən təbii fəlakət nəticəsində tələfat olmayıb.

Xəbər lenti

Xəbər lenti