...

Azərbaycan ilə Kolumbiya arasında hərbi əməkdaşlığın qurulması müzakirə olunub

Siyasət Materials 3 İyul 2012 15:57 (UTC +04:00)
Azərbaycan müdafiə naziri general-polkovnik Səfər Əbiyev çərşənbə axşamı Kolumbiya Senatının İkinci konstitusional komitəsinin sədri xanım Aleksandra Moreno Piraquivenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan ilə Kolumbiya arasında hərbi əməkdaşlığın qurulması müzakirə olunub

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan müdafiə naziri general-polkovnik Səfər Əbiyev çərşənbə axşamı Kolumbiya Senatının İkinci konstitusional komitəsinin sədri xanım Aleksandra Moreno Piraquivenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan müdafiə naziri Kolumbiya parlamenti üzvlərinin Azərbaycana səfərinin böyük əhəmiyyət daşıdığını və ölkələr arasında ikitərəfli əlaqələrin genişlənməsinə xidmət etdyini vurğulayıb.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qanunsuz işğalı barədə qəbul etdiyi qərara görə Kolumbiya Senatının üzvlərinə öz təşəkkürünü bildirən nazir Səfər Əbiyev, bölgədə mövcud hərbi-siyasi vəziyyət və onun yaratdığı ağır problemlər barədə də qonaqları məlumatlandırıb.

Müdafiə naziri görüş zamanı iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərinin qurulmasının vacibliyini önə çəkib.

Xəbər lenti

Xəbər lenti