...

Diasporla İş üzrə Dövlət Komitəsinin bir qrup əməkdaşı medallarla təltif olunub

Siyasət Materials 6 İyul 2012 19:18 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin bir qrup əməkdaşı medallarla təltif olunub

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sənəddə qeyd olunur ki, Azərbaycan diasporu quruculuğu sahəsindəki xidmətlərinə görə Hacıyev Valeh Tofiq oğlu və Qurbanov Nəriman Əhmədağa oğlu "Tərəqqi" medalı ilə təltif olunurlar.

Qasımov Kavus Səfa oğlu, Məmmədov İlham Hacı oğlu, Məmmədov Ramin Ələmşah oğlu, Miraləm Elşad Mircavad oğlu, Nəcəfov Füzuli Tanrıverdi oğlu və Sultanova Səbinə Ələddin qızı isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif ediliblər.

Xəbər lenti

Xəbər lenti