...

Elmar Məmmədyarov italiyalı nazir müavinləri ilə görüşüb

Siyasət Materials 9 İyul 2012 17:41 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın xarici işlər və iqtisadi inkişaf nazirlərinin müavinləri Marta Dassu və Klaudio De Vinsentini qəbul edib.
Elmar Məmmədyarov italiyalı nazir müavinləri ilə görüşüb

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın xarici işlər və iqtisadi inkişaf nazirlərinin müavinləri Marta Dassu və Klaudio De Vinsentini qəbul edib.

XİN-in mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətləri, Cənubi Qafqaz və Yaxın Şərq regionunda cərəyan edən proseslər, eləcə də regional enerji layihələri müzakirə edilib.

Məmmədyarov TANAP kəmərinə dair imzalanmış müqavilənin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli addım olduğunu qeyd edib.

Tərəflər, həmçinin, iki ölkə arasında iqtisadi münasibətlərin inkişafı və əməkdaşlığın genişləndirilməsi məqsədilə biznes forumların və qarşılıqlı səfərlərin sayının artırılmasının vacibliyini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti