...

Riçard Morninqstar ABŞ-ın Azərbaycanda səfiri kimi iyulun 20-də and içəcək

Siyasət Materials 13 İyul 2012 14:24 (UTC +04:00)
ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfiri Riçard Morninqstarın andiçmə mərasimi iyulun 20-də keçiriləcək.
Riçard Morninqstar ABŞ-ın Azərbaycanda səfiri kimi iyulun 20-də and içəcək

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir V.Javoronkova/

ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfiri Riçard Morninqstarın andiçmə mərasimi iyulun 20-də keçiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə günü ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilir.

Qeyd edək ki, iyunun 30-da ABŞ Senatı Riçard Morninqstarın Azərbaycanda səfir postuna namizədliyini təsdiq edib.

Morninqstarın bu posta namizədliyi aprel ayında ABŞ Prezidenti Barak Obama tərəfindən irəli sürülüb. Senatın Xarici əlaqələr komitəsi isə bu təklifi yekdilliklə bəyənib.

Xəbər lenti

Xəbər lenti