...

Azərbaycanın Çin və Özbəkistanla hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib

Siyasət Materials 16 İyul 2012 13:07 (UTC +04:00)
Azərbaycanın Çin və Özbəkistanla hərbi əməkdaşlıq məsələlərinin inkişaf perspektivləri müzakirə edilib.
Azərbaycanın Çin və Özbəkistanla hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan, Bakı, 16 iyul /Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanın Çin və Özbəkistanla hərbi əməkdaşlıq məsələlərinin inkişaf perspektivləri müzakirə edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 16-da müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Çin və Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri Xun Tsuini və Şerzod Fayziyevi qəbul edib.

Hər iki görüşdə hərbi əməkdaşlıq məsələlərinin inkişaf perspektivləri müzakirə olunub.

Çin səfiri ölkəsinin Azərbaycana təyin olunmuş yeni hərbi ataşesini müdafiə naziri Səfər Əbiyevə təqdim edib.

Xəbər lenti

Xəbər lenti